• Bakı 23° C

    9.28 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

Rutte: Almaniya Avropanın militarizasiyasında aparıcı rol oynayacaq
DÜNYA
27 Avqust 2025 | 20:38

Rutte: Almaniya Avropanın militarizasiyasında aparıcı rol oynayacaq

NATO-nun baş katibi Mark Rutte hesab edir ki, Almaniya regionun ən böyük iqtisadiyyatı kimi Avropanın militarizasiyasında aparıcı rol oynayacaq.

Bakıvaxtı.az xəbər verir ki, o, bunu “Rheinmetall” mərmi zavodunun açılış mərasimində deyib.

Rutte iddia edib ki, Avropa və ABŞ silah istehsalında Rusiya və Çini geridə qoymalıdır.

"NATO liderləri Haaqa sammitində hərbi xərclərin 5%-ə qədər artırılması barədə razılığa gəliblər. Almaniya artıq 2029-cu ilə qədər müdafiə istehsalına demək olar ki, 153 milyard avro sərmayə qoymağa hazır olduğunu açıqlayıb. Bu, hərbi xərclərdə təsirli artımdır. Almaniya lider rolunu üzərinə götürür. Bəli, siz bunu etməlisiniz. Çünki siz böyük iqtisadiyyatsınız.”, - Rutte deyib.

NATO-nun baş katibi vurğulayıb ki, Avropa təkcə iki il əvvəlkindən altı dəfə çox artilleriya mərmisi istehsal edir.

“İndi daha mürəkkəb silahların istehsalı üçün oxşar səylərə ehtiyacımız var: tanklar, hava hücumundan müdafiə sistemləri, raketlər”, - o əlavə edib.


SON XƏBƏRLƏR

27 Avqust 2025