• Bakı 21° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Media Kuboku minifutbol turnirinin püşkatma mərasimi keçirilib
MEDİA
17 Iyul 2025 | 12:37

Media Kuboku minifutbol turnirinin püşkatma mərasimi keçirilib

Milli Mətbuatın 150 illik yubileyi ilə bağlı iyulun 19-20-də Şamaxıda təşkil olunacaq Media Kuboku minifutbol turnirinin püşkatma mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Mətbuat Şurasında təşkil olunan tədbirdə təşkilatçılarla yanaşı, yarışda mübarizə aparacaq komandaların nümayəndələri və rəsmi şəxslər iştirak ediblər.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Rəhimoğlu turnirin təşkilatçılarına təşəkkür edib. Bunun Milli Mətbuat Gününə rəng qatacağını bildirib. O, gələcəkdə yarışların Qarabağ bölgəsində də təşkil oluna biləcəyini söyləyib.

Təşkilatçılardan "Yurd Media"nın rəhbəri Murad Əliyev də çıxışında bu turnirin bölgələrə daşınmasının və davamlı olmasının vacibliyini vurğulayıb.

Yarışda 4 - "Ziya", "Kəşkül", "Kaspi" və "Əkinçi" komandaları mübarizə aparacaq.

İlk turda qarşılaşacaq cütlüklər belədir:

"Ziya" - "Kaspi"
"Kəşkül" - "Əkinçi"

Qeyd edək ki, yarış "Yurd Media", İdman Araşdırmalar Mərkəzi, AFFA və Şamaxı Olimpiya Kompleksinin təşkilatçılığı ilə keçiriləcək.


SON XƏBƏRLƏR