Az əvvəl Prezident Donald Trampla çox uğurlu bir görüşü başa vurdum. Və mən “çox uğurlu” deyəndə, bu, sadəcə söz xatirinə deyil. Bu, tam tərəfdaşlığa, qarşılıqlı dəstəyə və ortaq məqsədimizin – İranın nüvə silahına sahib olmasının qarşısını almağa, eləcə də digər ümumi hədəflərə nail olmağa əsaslanan bir söhbət idi.
Bakıvaxtı.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla Ağ Ev görüşünü şərh edərkən bildirib.
“Bu, indiyədək ABŞ prezidenti – dostumuz Donald Trampla keçirdiyim ən yaxşı görüşlərdən biri idi. Görüşdə onun administrasiyasının bütün yüksək səviyyəli rəhbərliyi, həmçinin bizim nümayəndə heyətimiz iştirak edirdi.
Biz İsrail dövlətinin təhlükəsizliyi və gələcəyi üçün mühüm əhəmiyyət daşıyan məsələlər üzrə fikir mübadiləsi apardıq və fəaliyyətlərimizi əlaqələndirdik”, - Netanyahu vurğulayıb.
Bakı 











