Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu aktyor və komediyaçı Cem Yılmazın səhhəti ilə bağlı məlumat paylaşıb.
Bakıvaxtı.az-ın məlumatına görə, nazir bildirib ki, Yılmazın səhhətində yaranan problemlə əlaqədar zəruri tibbi müdaxilələr uğurla həyata keçirilib.
Onun ümumi vəziyyətinin yaxşı olduğu, müalicə və müşahidəsinin ürək-damar reanimasiyası şöbəsində davam etdiyi qeyd olunub.












