• Bakı 26° C

    9.15 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Valideynlərin NƏZƏRİNƏ! Məktəbli formaları ilə bağlı VACİB XƏBƏR
CƏMİYYƏT
01 Iyul 2025 | 10:05

Valideynlərin NƏZƏRİNƏ! Məktəbli formaları ilə bağlı VACİB XƏBƏR

“Bu gündən etibarən məktəbli formalarının qiymətində endirim olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov məlumat verib.

E.Əzimov bildirib ki, yeni məktəbli formalarının qiyməti 25 faizə qədər ucuzlaşıb.

“İyulun 1-dən endirimli qiymətlərimiz qüvvədə olacaq. Mağazalarımızda da, anbarımızda da kifayət qədər məktəbli forması var. Yeni endirimli qiymətlərimiz belədir - qısaqol köynəklər 12 manatdan 8 manata, uzunqol köynəklər 12 manatdan 10 manata, şalvar 20 manatdan 15 manata, ətək 20 manatdan 15 manata, jaket 30 manatdan 20 manata qədər ucuzlaşıb. Həmin qiymətlərin siyahısı bu gündən bizim bütün mağazalarımızın divarlarından asılacaq.

2025-ci ilin sonuna kimi bu qiymətlər olduğu kimi qalacaq və artması nəzərdə tutulmayıb. Qiymətləri azaltmağımıza səbəb saxta və ucuz satılan məktəbli formaları ilə rəqabətdə uduzmamaqdır”, - deyə E.Əzimov söyləyib.


SON XƏBƏRLƏR