Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkə ərazisində Rusiya telekanallarının yayımının dayandırılması mümkünlüyündən danışıb.
Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bunu Ermənistanda baş verən hadisələrlə bağlı Rusiya telekanallarında səslənən fikirlərə münasibət bildirərkən deyib.
"Hesab edirəm ki, biz Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsini çox ciddi şəkildə müzakirə etməyə başlamalıyıq. Bu, Ermənistan-Rusiya münasibətlərinə ziyan vurur", - o bildirib.
O qeyd edib ki, əgər dövlət telekanalları özlərində "Ermənistanın daxili işlərinə qarışmaq ixtiyarı görürlərsə, biz də reaksiya verməli və ən azı, onların cəmiyyətimizin mənzillərinə girişini bağlamalıyıq".