• Bakı 23° C

    8.57 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

5 şagirdimiz Azərbaycanı Yunanıstanda təmsil edəcək
CƏMİYYƏT
01 Iyul 2025 | 16:14

5 şagirdimiz Azərbaycanı Yunanıstanda təmsil edəcək

1 iyul 2025-ci il tarixində ümumrespublika üzrə məktəblilər arasında keçirilən İqtisadiyyat Müsabiqəsi 2025-in yekun mükafatlandırma mərasimi təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, mükafatlandırma mərasimində Milli Məclisin deputatları Vüqar Bayramov, Ceyhun Məmmədov, Müşfiq Cəfərov, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu iştirak ediblər və çıxış edərək gənclərə dəstək mesajları veriblər. İqtisadi təhsil və savadlılığın məktəb yaşından formalaşdırılmasının əhəmiyyətini xüsusi vurğulayıblar.

Layihənin əsas məqsədi məktəblilər arasında iqtisadi biliklərin təbliği, analitik və tənqidi təfəkkürün inkişafı, gənclərin iqtisadi savadlılığının artırılması və onların gələcəkdə iqtisadçı kimi formalaşmalarına dəstək göstərməkdir. Proqram İqtisadi Əsaslar Təşəbbüsü (EFI) tərəfindən dəstəklənir.

Tədbir zamanı layihənin statistik nəticələri və müsabiqənin mərhələləri barədə təqdimat keçirilib.

Müsabiqə məktəb, regional və milli mərhələləri əhatə etmiş, sonda isə yazılı və şifahi imtahanlar vasitəsilə Top 5 və Top 10 finalistlər müəyyən edilib.

Yunanıstanda beynəlxalq final turunda iştirak edəcək Top 5 və ölkə üzrə Top 10 qaliblər mərasim zamanı rəsmi şəkildə elan olunub, qalib şagirdlərə elektron hədiyyələr və təşəkkür sertifikatları təqdim olunub. Həmçinin bütün iştirakçılara təşəkkür bildirilb və onların iqtisadi biliklərə maraqları yüksək qiymətləndirilib.

Bu təşəbbüs gənclərdə iqtisadi biliklərə marağı artırmaqla yanaşı, onların tənqidi düşünmə və qərarvermə bacarıqlarını formalaşdırmağa xidmət edir. İqtisadiyyat Müsabiqəsi gələcək illərdə daha geniş miqyasda təşkil olunaraq daha çox məktəbi və şagirdi əhatə etməyi hədəfləyir.


SON XƏBƏRLƏR