• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

2023-cü ildə sirri açılan 6 maraqlı hadisə

CƏMİYYƏT

25 Dekabr 2023 | 15:43

2023-cü ildə sirri açılan 6 maraqlı hadisə

Bu il aparılan elmi araşdırmalar əvvəllər kəşf edilmiş, lakin həlli mümkün olmayan hadisələrə işıq salıb.

Bakıvaxtı.az xarici mediaya istinadən bu il sirri açılan 6 hadisəni təqdim edir;

Misir mumiyalama texnikası kəşf edildi:

Bu il alimlər qədim misirlilərin ölüləri necə mumiyaladıqlarını və hansı metallardan istifadə etdiklərini müəyyən ediblər. Mumiyalanmış cəsədlərin demək olar ki, heç  zədələnməməsi alimlər tərəfindən uzun müddətdir araşdırılırdı.

Misirin tarixi Sakka bölgəsindəki mumiyalama emalatxanalarında tapılan qalıqları araşdıran tədqiqatçılar mumiyalama proseslərində ardıc, sərv, sidr kimi bitki yağlarının, həmçinin püstə ağaclarından əldə edilən qatranlar, heyvan yağları və mum kimi maddələrdən istifadə edildiyini müəyyən ediblər. 

Elmə görə, bu materiallardan hazırlanan qarışımlar meyitləri yağlamağa və pis qoxuları azaltmağa kömək edir, eyni zamanda infeksiya və parçalanma riskinin qarşısını alır.

Qədim perqamentin sirri açıldı:

Təxminən 2 min il əvvəl Vezuvi dağının püskürməsi ilə qədim Roma şəhəri Herkulaneumda mindən çox qiymətli tumar külə çevrildi. Lakin ABŞ-ın Nebraska Universitetinin informatika fakültəsinin tələbəsi Luke Farritor süni intellektin köməyi ilə perqament qalıqları haqqında bir söz oxumağı bacarıb.

Kentukki Universitetinin təşəbbüsü ilə keçirilən müsabiqəyə qatılan Farritor perqament qalıqları üzərində yunanca “porphyras - bənövşəyi” sözünü deşifrə edərək 40 min dollar qazanıb.

Daş dövrünə aid 20 min illik boyunbağının sahibi tapıldı:

Tədqiqatçılar Sibirdə paleolit ​​dövrünə aid boyunbağı fraqmentində insan DNT-sini aşkar ediblər. Bu araşdırmada alimlər ilk dəfə tarixdən əvvəlki obyektdən DNT əldə etmək üçün yeni üsuldan istifadə ediblər. May ayında nəşr olunan araşdırmada Altay dağlarında Denisova mağarasında tapılan kulonun boyunbağı kimi istifadə edilmək üçün deşilmiş 2 santimetr uzunluğunda maral dişi olduğu ortaya çıxdı.

Mis dövründə matriarxal cəmiyyətlər mövcud idi:

Alimlərin iyul ayında dərc etdikləri araşdırmada qədim Avropada mümkün matriarxal cəmiyyətlə bağlı tapıntılar aşkar edilib. 2008-ci ildə İspaniyanın cənub-qərbində tapılan mis dövrünə aid bəzəkli qəbiristanlığın əvvəllər güman edildiyi kimi gənc kişi hökmdara deyil, qadın hökmdara aid olduğu görünür.

Sevilya və Vyana universitetlərinin tədqiqatçıları tərəfindən aparılan araşdırma qadınların eramızdan əvvəl 2900-2650-ci illər arasında Avropanın Mis dövrü cəmiyyətində rəhbər vəzifələrdə olduqlarını müəyyən edib.

Buz adam Ötzinin əsl görünüşü:

1991-ci ildə Avstriya-İtaliya sərhədindəki Ötztal Alp buzlaqlarında tapılan buz adamı Ötzinin görünüşü ilə bağlı məlumatlar avqust ayında dərc edilən araşdırma ilə dəyişdi.

Elm adamları Ötzini saçlı-saqqallı, solğun dərili bir insan kimi təsvir edirdi. Lakin son araşdırmada DNT analizi buz adamının, əslində, qara dərili və keçəl olduğunu göstərdi.

Antik Romadakı mərmərlərin davamlılığının sirri açıldı

Qədim Romada istifadə edilən mərmərlərə davamlılıq verən materialın “əhəng parçaları” adlanan ağ maddələr olduğu anlaşılırdı. Yanvar ayında nəticələri paylaşılan araşdırmada tədqiqatçılar İtaliyanın Lazio bölgəsindəki Privermo kommunasında Roma İmperatorluğuna aid 2000 illik mərmər qalıqlarını araşdırdılar. Bu parçaların zamanla mərmərlərdə meydana gələn çatları özbaşına bağlaya və təmir edə bildiyi müşahidə edilmişdir. Beləliklə, konstruksiyalar öz-özünə təmir edilərək və zədələnmədən davamlılığını qoruya bilir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR