• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

24 yaşlı oğlan toyda insanların gözü qarşısında öldürüldü

HADİSƏ

05 Dekabr 2024 | 10:36

24 yaşlı oğlan toyda insanların gözü qarşısında öldürüldü

İyunun 10-da 2000-ci il təvəllüdlü Elmir Habil oğlu Abışovun bıçaqlanaraq öldürülməsinin təfərrüatı məlum olub.

Bakıvaxtı.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Yevlaxdakı "Aytən" şadlıq sarayında qonaqların gözü qarşısında baş verib.

2004-cü il təvəllüdlü Tahir Ceyhun oğlu Abdullayev toyda oynayan E.Abışova qəfil yaxınlaşaraq bıçaqla ona zərbə endirib. Ağır xəsarət alan Elmir vəfat edib.

Araşdırmalar zamanı məlum olub ki, hadisənin baş verdiyi gün Tahirin əmisi oğlunun toyu olub. Toyda onların qonşusu Elmir də iştirak edib. Tahir əvvəllər Elmirin bacısı ilə sevgi münasibətinin olmasından şübhələnib və sərxoş halda bıçaqla ona hücum edib. O, Elmirin diqqətinin toyda oynayan şəxslərə yönəlməsindən istifadə edərək qəfil yaxınlaşaraq zərbə endirib.

Həmçinin məlum olub ki, 2021-ci ildə də Tahir Abdullayev Elmirin qoluna bıçaqla xəsarət yetiribmiş. Lakin həmin vaxt 17 yaşlı Tahir barəsində cinayət işi açılmayıb və o, məsuliyyətdən kənar qalıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq zəminində adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə) və 221.3-cü (Xuliqanlıq) maddəsi ilə iş açılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Tahir Abdullayev 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


SON XƏBƏRLƏR

25 Dekabr 2024