• Bakı C

    14.85 m/s

  • USD - 1.7

    EUR - 1.8808

    RUB - 1.9773

Acarıstan hökumətinin sədri vəzifəsini tərk edib

DÜNYA

04 Aprel 2025 | 10:53

Acarıstan hökumətinin sədri vəzifəsini tərk edib

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Başçısı Tornike Rijvadze uzun müddət rəhbərlik etdiyi vəzifəni tərk etdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

T.Rijvadze qərarını verdikdən sonra qeyd edib ki, yeddinci ildir bu vəzifədə fəaliyyət göstərir və artıq yeniliyə ehtiyac duyur.

Tornike Rijvadze “Gürcü Arzusu” Partiyasının fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze və Prezident Mixeil Kavelaşviliyə dəstək göstərdikləri üçün təşəkkür edib. O, həmçinin Acarıstan əhalisinə göstərdikləri güvənə görə xüsusi təşəkkürünü bildirib.

Rijvadze gələcəkdə də “Gürcü Arzusu” Partiyasının sadiq əsgəri olaraq qalacağını vurğulayıb və qarşıda daha böyük qələbələrin olduğunu inandığını qeyd edib.


SON XƏBƏRLƏR

09 Aprel 2025