• Bakı 21° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Ali Komissar: Məcburi köçkünlər üçün mənzil təhlükəsizlik və ləyaqət məsələsidir

WUF13

21 May 2026 | 10:05

Ali Komissar: Məcburi köçkünlər üçün mənzil təhlükəsizlik və ləyaqət məsələsidir

“Qaçqın və məcburi köçkünlər üçün mənzil yalnız infrastruktur deyil, təhlükəsizlik, ləyaqət və gələcəyi yenidən qurmaq imkanıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Böhrandan sonra bərpa və yenidənqurmanın mərkəzində mənzil təminatı” adlı sessiyada BMT-nin Qaçqınlar Komissiyasının Ali komissarı Bərham Salih videomüraciətində səsləndirilib.

Müraciətdə bildirilib ki, hazırda Suriyada milyonlarla insan münaqişə və zorakılıq səbəbindən evindən didərgin düşüb, müvəqqəti sığınacaqlar isə uzunmüddətli qeyri-müəyyənliyə çevrilib:

“Çin, Braziliya, İordaniya, Kolumbiya, Türkiyə və Suriya təcrübəsi göstərir ki, bərpa prosesi insanların yaşayacaq təhlükəsiz məkan tapması ilə başlayır”.

Eyni zamanda, ev sahibi icmaların məhdud resurslara baxmayaraq həmrəylik nümayiş etdirdiyi qeyd olunub.

Çıxış zamanı bildirilib ki, qaçqın və köçkünlərə yük kimi yox, həllin bir hissəsi kimi yanaşmaq lazımdır. Mənzil və sərbəst hərəkət imkanları yaradıldıqda onların iqtisadi və sosial baxımdan cəmiyyətə töhfə verdiyi diqqətə çatdırılıb.

Sonda vurğulanıb ki, müvəqqəti sığınacaqlardan uzunmüddətli mənzil həllərinə keçid vacibdir və şəhərlər daha inklüziv, dayanıqlı və davamlı şəkildə yenidən qurulmalıdır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

20 May 2026