• Bakı 21° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Professor: Mənzil siyasəti hər ölkənin reallığına uyğun qurulmalıdır

WUF13

21 May 2026 | 10:07

Professor: Mənzil siyasəti hər ölkənin reallığına uyğun qurulmalıdır

“Bərpa və yenidənqurma prosesində mənzil təminatına qlobal və ümumi yanaşma yox, hər ölkənin reallığına uyğun yanaşma tətbiq edilməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Həməd Bin Xəlifə Universitetinin Münaqişə və Humanitar Araşdırmalar Mərkəzinin professoru Sultan Barakat WUF13 çərçivəsində keçirilən “Böhrandan sonra bərpa və yenidənqurmanın mərkəzində mənzil təminatı” adlı sessiyada səsləndirib.

O bildirib ki, mənzil təminatı yalnız sosial məsələ deyil, həm də bərpa prosesinin və iqtisadiyyatın əsas hissəsidir. Onun sözlərinə görə, siyasi razılaşmanın və sabitliyin olduğu ölkələrdə yenidənqurma daha asan həyata keçirilir.

Sultan Barakat qeyd edib ki, beynəlxalq sistem çox vaxt humanitar yardım çərçivəsində fəaliyyət göstərir və bu yanaşma insanların gələcəkdə öz evlərini və icmalarını bərpa etmək iradəsini zəiflədə bilər.

Professor vurğulayıb ki, məcburi köçkünlər ilk günlərdən etibarən gələcəkdə necə yenidən qurulacaqlarını düşünürlər və yardım proqramları da insanların təşkilatlanmaq, motivasiyasını qorumaq və yenidənqurma prosesinə hazırlaşmaq imkanlarını gücləndirməlidir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

20 May 2026