• Bakı 16° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Azərbaycan və Gürcüstan arasında pul köçürmələri azalıb

İQTİSADİYYAT

24 Mart 2025 | 11:33

Azərbaycan və Gürcüstan arasında pul köçürmələri azalıb

2024-cü ildə Azərbaycandan Gürcüstana kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 45 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 23,6 % azdır.

Hesabat dövründə Azərbaycandan Gürcüstana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 10,7 %-dən 8,5 %-ə düşüb.

Ötən il Gürcüstandan Azərbaycana isə fiziki şəxslər 35,3 milyon ABŞ dolları pul köçürmələri həyata keçirib.

Bu, əvvəlki ilə nisbətən 5,8 % azdır.

İl ərzində Gürcüstandan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 2,3 %-dən 3,3 %-a çatıb.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 526,8 milyon ABŞ dolları (2023-cü illə müqayisədə 4,25 % az), əks istiqamətdə pul köçürmələri isə 1 milyard 82,9 milyon ABŞ dolları (34,6 % az) təşkil edib.


SON XƏBƏRLƏR

29 Mart 2025