• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda faktiki hava AÇIQLANDI

CƏMİYYƏT

20 Dekabr 2022 | 17:48

Azərbaycanda faktiki hava AÇIQLANDI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən Bakıvaxtı.az-a verilən xəbərə görə, dekabrın 20-si saat 17:30-a olan məlumata əsasən Şuşa, Daşkəsən, Gədəbəy, Qax, Altıağac, Quba, Qusar, Qusar, Xaltan, Qrızda qar; Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Naftalan, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Beyləqan, Kürdəmir, İmişli, Cəfərxan, Yardımlı, Lerik, Lənkəran, Astarada yağıntılı olub.

Şimal-qərb küləyi arabir Bakıda 32 m/s, Abşeron Dəniz rayonunda 23-30 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.7 metrə çatıb.

Küləkli hava şəraiti 21-i gecə saatlarından mülayimləşəcək, səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə aşağı enib, hal-hazırda Bakıda 4°-dək isti qeydə alınıb.

Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar gecə saatlarında dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR