"BakıKart"dan istifadə tədricən azalır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov "Bakı Kart"ların qiymətinin 2 manatdan 3 manata qaldırılmasının səbəblərini izah edərkən deyib.
O bildirib ki, bu gün ictimai nəqliyyatda həm mobil, həm də müxtəlif bankların kartlarından istifadə olunur:
"Bank tətbiqlərindən görünür ki, ictimai nəqliyyatda gedişlə bağlı sərfəli təkliflər var. Bu səbəbdən də "Bakı Kart"dan istifadə azalıb".
Eldəniz Cəfərov "Bakı Kart"ın artıq mobil tətbiqlərə inteqrasiya olunduğunu vurğulayıb:
"İnsanlar mobil tətbiqlərdə ondan daha çox istifadə edirlər".
Xatırladaq ki, iyulun 1-dən "Bakı Kart" kartlarının satış qiymətində dəyişiklik olacaq. Həmin tarixdən kartların satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək.
Bakı 



