• Bakı C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

"Plastik cərrahlar"la bağlı birgə komissiya yaradılıb

SİYASƏT

20 Yanvar 2025 | 11:45

Plastik cərrahlarla bağlı birgə komissiya yaradılıb

"Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Baş prokuror məsələ ilə bağlı konkret faktlar olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu faktlarla bağlı cinayət işi açılıb, istintaq davam edir.

"Belə halların bir daha baş verməməsi üçün Baş Prokurorluq aidiyyatı qurumlarla bağlı qabaqlayıcı tədbirlər görür. Bu sahədə problemlər araşdırılır və gələcəkdə baş verməməsi ilə bağlı tədbirlər görülür", - deyə Kamran Əliyev qeyd edib.


SON XƏBƏRLƏR