• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Bill Qeytsdən yeni pandemiya ANONSU: Koronavirusdan daha ağır olacaq

DÜNYA

24 Yanvar 2023 | 15:21

Bill Qeytsdən yeni pandemiya ANONSU: Koronavirusdan daha ağır olacaq

“Microsoft”un qurucusu Bill Qeyts yeni pandemiyanın anonsunu verib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bununla bağlı o, Sidneydə keçirilən konfransda dünya liderlərinə müraciət edib.

İngilis Daily Mail-də çıxan xəbərə görə, Qyts növbəti pandemiyanın insan tərəfindən yaradılacağını və koronavirusdan daha çox qəddar ola biləcəyini söyləyib. Dünya liderlərinin fikir ayrılıqlarını bir kənara qoyub hazırlığa indidən başlamalı olduğunu vurğulayan B.Qeyts daha çox qlobal əməkdaşlığa çağırıb.

O, sözügedən ssenarinin reallaşacağı təqdirdə dünyaya iqtisadi bədəlinin 10 trilyon dollar olacağını vurğulayıb. Milyarder iş adamı kabus ssenarisi kimi tanınan bu vəziyyətə hazır olmaq üçün hər beş ildən bir həm milli, həm də regional səviyyədə təlim keçirilməli olduğunu bildirib.

Covid-19-un son pandemiya olmaya biləcəyini dəfələrlə bildirən Qeyts yeni epidemiyanın qarşısını almaq üçün əlamətdar bir qərar vermişdi. Lazımi addımların atıldığı təqdirdə yeni bir pandemiyanın qarşısının alına biləcəyini ifadə edən Qeyts qlobal epidemiyaya qarşı reaksiya və səfərbərlik üçün yaradılan GERM komandası adlandırdığı cavab qrupuna ildə 1 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Bu sərmayədən əlavə, Bill Qeytsin planına bütün dünyada diaqnostika və səhiyyə sistemləri üçün Ar-Ge-yə daha çox dəstək verilməsi də daxildir.

GERM-in yeganə prioriteti pandemiyanın qarşısını almaq olan 3000 nəfərlik cavab qrupuna sahib olacağını vurğulayan Qeyts GERM komandalarının epidemioloq və məlumat alimlərindən tutmuş logistika mütəxəssislərinə qədər ünsiyyət və diplomatiya bacarıqlarına malik bir sıra ekspertlərdən ibarət olacağını bildirir. O, qlobal sağlamlıq ordusu kimi fəaliyyətə başlayan GERM-in əsas məqsədini “Vəzifə epidemiyaları pandemiyaya çevrilməmiş dayandırmaqdır” kimi ümumiləşdirir. Çünki Geyts bu fikirdədir ki, əgər ilk 100 gündə Kovid-19-un yayılmasını dayandıra bilsəydik, bu gün virusdan ölənlərin 98 faizindən çoxu sağ olardı.

Ay Tac


SON XƏBƏRLƏR