• Bakı C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

"Bitcoin"in qiyməti 87 min dolları ötdü

İQTİSADİYYAT

24 Mart 2025 | 12:40

Bitcoinin qiyməti 87 min dolları ötdü

Martın 24-də kriptovalyuta birjalarında "Bitcoin" yenidən bahalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası "Bitcoin"in (BTC) qiyməti son 24 saat ərzində 3,41% artaraq 87 152 ABŞ dolları səviyyəsinə yüksəlib. Bitcoin 1.72 trilyon ABŞ dolları bazar dəyəri ilə liderliyini qoruyub.

Paralel olaraq Ethereum (ETH) 3,25% bahalaşmaqla 2 076 ABŞ dollarına yüksəlib. İlk beşlikdəki digər kriptovalyutalardan Tether 0,01%, XRP 2,52%, BNB 0,05% bahalaşıb.

    Kriptobazarın dinamikası göstərir ki, “Bitcoin” və ETH ümumi bazarda stabilliyi qoruyur, altkoinlər arasında isə kəskin eniş davam edir.
    Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.


    SON XƏBƏRLƏR

    25 Mart 2025