• Bakı 14° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8007

    RUB - 1.7043

COP29-da şəhər iqlimi fəaliyyətinin maliyyələşdirilməsi üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib

COP29

20 Noyabr 2024 | 14:05

COP29-da şəhər iqlimi fəaliyyətinin maliyyələşdirilməsi üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib

COP29 çərçivəsində şəhər iqlimi fəaliyyətinin maliyyələşdirilməsi üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, dəyirmi masa COP29 Sədrliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi UN-Habitat və Çoxtərəfli İnkişaf Bankarı ilə əməkdaşlıq çərçivəsində baş tutub.

    “Hazırda dünya əhalisinin 55%-dən çoxu şəhərlərdə yaşayır. 2030-cu ilə qədər bu rəqəmin 60%-i keçəcəyi gözlənilir. BMT-nin hesablamalarına görə, şəhər əraziləri qlobal istixana qazı emissiyalarının 70%-nə cavabdehdir. Davamlı infrastruktura, yaşıl binalara və dayanıqlı şəhər sistemlərinə sərmayə qoymaqla şəhərlər aşağı karbonlu, iqlimə davamlı gələcəyə keçidi təmin edə bilər. Lakin bunun üçün bizə maliyyə lazımdır”, - deyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışı zamanı deyib.

    İqlim üzrə Dünya Şəhərləri Hesabatını təqdim edən BMT-Habitat-ın icraçı direktoru Anaclaudia Rossbach deyib ki, 2030-cu ilə qədər yeni və ya təkmilləşdirilmiş iqlimə davamlı infrastruktura sərmayə qoymaq üçün hər il 4,5-5 trilyon arasında maliyyə ayrılmalıdır:

    “Hazırda isə şəhərlər bunun yalnız bir hissəsini, 7-8%-ni təmin edə bilir”.


    SON XƏBƏRLƏR

    20 Noyabr 2024