• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dövlətə borcunu ödəməyən tikinti şirkəti CƏRİMƏLƏNDİ

CƏMİYYƏT

01 Noyabr 2022 | 15:56

Dövlətə borcunu ödəməyən tikinti şirkəti CƏRİMƏLƏNDİ

Tikinti şirkəti olan “Avrasiya Construction LTD” MMC icbari sığorta müqaviləsi bağlamadığına görə  cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi əsasında protokol tərtib olunaraq iş Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Həmin maddədə bildirilir ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

“Avrasiya Construction LTD” MMC rəsmi məlumata görə, dövlət büdcəsinə 839 min 703 manat vergi borcu var.

İnternetdə kiçik araşdırmaq nəticəsində bəlli oldu ki, “Avrasiya Construction LTD” MMC adı mətbuatda tez-tez vətəndaşlar şikayətlərində çalışır.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026