• Bakı 23° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Əhliman Əmiraslanov: Azərbaycan-Türkiyə qardaşlıq və dostluq əlaqələri zirvədədir

SİYASƏT

15 Iyul 2025 | 13:51

Əhliman Əmiraslanov: Azərbaycan-Türkiyə qardaşlıq və dostluq əlaqələri zirvədədir

Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan - Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunum rəhbəri, deputat Əhliman Əmiraslanov Bakıda 15 İyul - Demokratiya və Milli Birlik Gününün 9 illiyi münasibətilə keçirilən anım tədbirində deyib.

"Ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələri münasibətlərin genişmiqyaslı inkişafına imkan yaradır. 44 günlük Vətən müharibəsində başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, qardaş Türkiyə Azərbaycanın yanında olub", - deyə o bildirib.

Deputatın sözlərinə görə, Şuşa Bəyənnaməsi Türkiyə ilə strateji müttəfiqliyimizi bütün dünyaya bəyan edib: "İki ölkənin parlamentləri arasında genişmiqyaslı əlaqələr mövcuddur. Çalışırıq ki, qanunvericilik aktlarını bir-birinə uyğunlaşdıraq”.

Əhliman Əmiraslanov onu da vurğulayıb ki, son günlər Türkiyədə terrorçuların tərk-slah olunması bütün Türk dünyasında əhəmiyyət kəsb edən hadisədir. “Türkiyədə və ondan kənarda terrorun bitməsini istəməyən qüvvələrin olmasına baxmayaraq, bu prosesin uğurla başa çatacağına əminəm”, - deyə o qeyd edib.


SON XƏBƏRLƏR