• Bakı 15° C

    11.22 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

İQTİSADİYYAT

23 May 2023 | 11:33

Əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, İşçi Qrupun əvvəlki iclasında qəbul edilmiş qərara əsasən ötən dövr ərzində həyata keçirilmiş tədbirlərə dair İşçi Qrupun Katibliyinin hesabatı dinlənilib, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı qarşıya qoyulmuş tapşırıqların icrası müzakirə edilib.

Şərqi Zəngəzur İqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti İdarəetmə və Qarabağ İqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələrinin “Yaşıl enerji zonası” Konsepsiyasının tələblərinə uyğun olaraq həyata keçirilən tikinti-quruculuq işlərinə və reallaşdırılmış layihələrə dair məruzələri dinlənilib.

İclasda, həmçinin yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqinə əməl edilməsinin monitorinqi və digər cari məsələlərə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, iclasda İşçi Qrupuna daxil olan dövlət qurumları ilə yanaşı, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs və Qarabağ Dirçəliş Fondunun nümayəndələri də iştirak edib.


SON XƏBƏRLƏR

01 May 2024