• Bakı 14° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Əli Əsədov İqtisadi Şuranın növbəti iclasını keçirdi - FOTO

İQTİSADİYYAT

24 May 2023 | 19:27

Əli Əsədov İqtisadi Şuranın növbəti iclasını keçirdi - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində cari ilin ötən dövründə iqtisadi vəziyyət, qlobal və regional iqtisadi proqnozlar, Azərbaycanda 2023-cü il və ortamüddətli dövr üçün sosial-iqtisadi artım proqnozları, o cümlədən neft-qaz sektorunun proqnozları, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi, investisiya təşviqi və iqtisadi sahədə şəffaflığın təmin edilməsi ilə bağlı dəyişikliklərin layihəsi, Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin indikatorları üzrə görülmüş işlər və icra olunmalı tədbirlər və digər cari məsələlər müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi və “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın Katibliyinin hesabatı dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.


SON XƏBƏRLƏR

28 Mart 2024