• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Ərin soyadını seçmək arvadın vəzifəsi yox, hüququdur" - AÇIQLAMA

CƏMİYYƏT

05 Oktyabr 2021 | 17:31

"Ərin soyadını seçmək arvadın vəzifəsi yox, hüququdur" - AÇIQLAMA

Evlilik zamanı yaranan ən böyük problemlərdən biri də, qarşı tərəfin soyadını dəyişməsidir. Əvvəllər arvadın ərinin soyadına keçməsi məcburi olsa da, indi könüllüdür. Belə ki, qadına həyat yoldaşının soyadına keçib keçməmək üçün seçim hüququ verilir. Ancaq bir çox insan narazılıq edərək iddia edir ki, seçim hüququnun verilməsi insanlara psixoloji təsir edir. Yəni bəzən sırf qarşı tərəfi üzməmək üçün onun soyadına keçməyi qəbul etdiklərini deyirlər.

Vətəndaşlar etiraz etməkdə haqlıdırlar?

Mövzu ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə Bakıvaxtı.az-a danışıb.

“Ailə Məcəlləsinin tələbinə əsasən, ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir. Ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu müvafiq icra hakimiyyəti orqanına bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır. Göründüyü kimi qeyd etdiyiniz məsələ Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Ailə Məcəlləsinin tələblərinə əsasən ərin soyadını seçmək arvadın vəzifəsi yox, hüququdur. Yəni, vətəndaşın etirazı tamamilə əsassızdır. Çünki ər-arvad arasında olan mənəvi məsələlər, küsmək, incimək və bu qəbildən olan məişət problemlərinə görə qanuna dəyişiklik oluna bilməz. Əgər bir şəxslə nikaha girib onunla həyatını birləşdirirsənsə təbii ki bəzi şeyləri qurban vermək labüd olur. Əgər həmin vətəndaşın yoldaşı şəxsin öz soyadında qalmasından inciyirsə bu onların daxili ailə məsələsidir. Yoldaşını üzüb-üzməmək, öz soyadında qalıb-qalmamaq vətəndaşın şəxsi məsələsidir. Əslində, əvvəlki qanunda qarşı tərəfin soyadına keçmək tələbi müəyyən edilmişdisə hesab edirəm ki, həmin qanunun özündə boşluq olub. Çünki arvadın üzərinə imperativ qaydada ərin soyadına keçmək tələbi qoymaq onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasıdır. Soyadın dəyişdirilməsi bəzi hallarda ciddi problemlərə səbəb olur. Məsələn, “A” adlı bir xanım ali təhsil müəssisəsini bitirdikdən sonra keçmiş ata soyadı ilə diplom alır. Sonradan nikaha daxil olarkən şəxsiyyət vəsiqəsini dəyişib ərin soyadına keçməsi diplomla şəxsiyyət vəsiqəsi və digər sənədlər arasında ziddiyyətə səbəb olurdu. Bu da şəxsin işə düzəlməsində, başqa təhsil müəssisəsində təhsil olmasına maneə olurdu. Hazırda belə bir ziddiyyət yoxdur. Arvad ərin soyadını seçib-seçməməkdə sərbəstdir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR