• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Gürcüstanın iqtidar partiyasında prezidentliyə namizəd müzakirə edilir

DÜNYA

23 Noyabr 2024 | 20:10 | Müəllif: Subhan Mahmudov

Gürcüstanın iqtidar partiyasında prezidentliyə namizəd müzakirə edilir

Gürcüstanın iqtidar partiyasında ölkənin prezidentliyinə namizəd seçimi intensiv müzakirə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Gürcü Arzusu” Partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.

“Biz artıq komandamız daxilində bir çox namizədi müzakirə etmişik. Ola bilsin, gözlədiyimizdən çox əvvəl prezidentliyə namizədi açıqlayaq”, - M.Mdinaradze deyib.

Onun sözlərinə görə, iqtidar partiyası keçmiş səhvlərdən qaçmaq üçün balanslı qərar qəbul etməyə çalışır.

Gürcüstanda prezident seçkiləri yeni parlamentin noyabrın 25-də baş tutmalı olan ilk iclasından sonra 45 gün ərzində baş tutacaq./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026