• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hindistanda kimya zavodunda partlayış - Ölən və yaralılar var

DÜNYA

01 Yanvar 2023 | 19:27 | Müəllif: Subhan Mahmudov

Hindistanda kimya zavodunda partlayış - Ölən və yaralılar var

Yanvarın 1-də Hindistanın Maharaştra ştatının Nasik rayonunda kimyəvi zavodda baş vermiş partlayış nəticəsində azı bir nəfər ölüb, 17 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Press Trust of India” məlumat yayıb.Müəssisədə qazanın naməlum səbəbdən partladığı bildirilir. Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı kəndlərdə eşidilib, yanğın və tüstü uzaqdan görünüb.

Agentliyin məlumatına görə, hazırda fabrikdən 19 nəfər xilas edilib, onlardan 17-si yerli klinikaya yerləşdirilib, yaralılardan dördünün vəziyyəti ağırdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026