• Bakı 24° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"İnsanların özəl universitetlərə inamı azdır" - Ekspert

CƏMİYYƏT

27 Avqust 2022 | 09:59 | Müəllif: Qalib İbrahimoğlu

"İnsanların özəl universitetlərə inamı azdır" - Ekspert

“Hazırda ali məktəblərə davam edən ixtisas seçimi zamanı qarşılaşdığım bir neçə narahat verici vəziyyət var. Bu ail təhsil müəssisələrimiz ilə bağlıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, hətta ən az bal toplayan abituriyentlər belə özəl universitetləri seçmək istəmir: “Deyirlər özəl universitetin diplomu tanınmır. İnsanların özəl universitetlərə inamı azdır".

Ekspert valideynlər, abituriyentlərə müraciət edərək bildirib ki, Azərbaycan Respubilkası daxilində olan bütün universitetlərin diplomları ölkədə tanınır. İstər özəl, istərsə də dövlət universitetlərinin diplomları eyni hüquqi qüvvəyə malikdir.

"İşəgötürən tərəfə sizin haranı bitirməyinizi yox, nəyi bitirməyiniz maraqlıdır və əsas da bilik və bacarıqlarınızın səviyyəsi”, - deyə Kamran Əsədov qeyd edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026