• Bakı 9° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İrəvanda etiraz aksiyaları keçilir

DÜNYA

22 Noyabr 2021 | 10:11

İrəvanda etiraz aksiyaları keçilir

Ermənistanın paytaxtı İrəvanda bu gün səhərdən etiraz aksiyaları başlayıb.

Bakıvaxtı.az-ın Ermənistan mətbuatına istindən verdiyi məlumata görə, aksiyalar şəhərin müxtəlif yerlərində keçirilir.

Aksiyanın təşəbbüskarları siyasi partiyalar, ictimai təşkilatlar, eləcə də ayrı-ayrı şəxslərdir.

Onlar Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına qarşı çıxır, imzalanması nəzərdə tutulan sənədlərin açıqlanmasını tələb edirlər.

İrəvanın bəzi küçə və prospektlərində aksiyalar səbəbindən avtomobillərin hərəkətində problem yaranıb.

Polis yolları açmaq üçün aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışır.

Bu gün saat 17.00-da isə Ermənistan paytaxtının Respublika meydanında mitinq keçirilməsi nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR