Uzun illərdi, elm adamları Marsda məhsul yetişdirmək üçün uyğun yollar axtarırdılar.
Bakıvaxtı.az xəbər verir ki, "PLOS One" elmi jurnalında dərc olunmuş araşdırmaya əsasən mütəxəssislər Marsda yetişdiriləcək ilk bitkini müəyyən ediblər.
Ayova Dövlət Universitetində mikrobiologiya üzrə təhsil alan Pooja Kasiviswanathan başçılıq etdiyi araşdırma qrupu yoncanın Mars şəraitinə uyğun olduğunu müəyyən edib.
Mars torpağına mümkün olan ən oxşar nümunəni hazırlamaqla komanda müəyyən etdi ki, yonca qida baxımından kasıb planetdə yaxşı inkişaf edəcək.
Aytac Aslan
Bakı 



