Moldovaya girişinə icazə verilməyən 40-dan çox azərbaycanlı tələbə ölkəyə qaytarılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, Azərbaycanın Moldovadakı Səfirliyi məsələ barədə məlumatlıdır və qeyd edilən gənclərə hər bir dəstək göstərilib:
"Ancaq Moldova tərəfi onların universitetə qəbul sənədlərinin qaydasında olmadığı üçün ölkəyə girişinə icazə verməyib. Onlar ölkəmizə geri qaytarılacaq".
Bakı 



