Namibiyada keçirilən prezident seçkilərinin qeyri-rəsmi nəticələri açıqlanıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, məlumata görə, Cənubi Qərbi Afrika Xalq Təşkilatının namizədi Nandi-Ndaitva ölkənin prezidenti seçilib.
Bildirilib ki, o, Namibiyanın ilk qadın dövlət başçısıdır.
Qeyd edək ki Nandi-Ndaitvanın rəqibi olan Dəyişiklik Uğrunda Müstəqil Vətənpərvərlər partiyasının namizədi Panduleni Itula 26 faiz, əsas müxalifət partiyası olan Xalq Demokratik Hərəkatının namizədi MakHenri Venaani isə 5 faiz səs toplayıb.
Əli Hüseynov