Belarus prezidenti Aleksandr Lukaşenko NATO-nun Belarusun cənub sərhədi yaxınlığında Ukraynanı qorumaq üçün qoşun yerləşdirmək ideyasını şərh edib.
Bakıvaxtı.az xəbər verir ki, Prezidentin sözlərini mətbuat xidməti bildirib.
Lukaşenkonun sözlərinə görə, NATO Belarusla sərhəddə yerləşən 120 minlik Ukrayna əsgərini Fransanı və ya bütövlükdə Şimali Atlantika Alyansını təmsil edən qoşunlarla əvəz etməyi planlaşdırır.
“Bu, bizim üçün yaxşıdır. Onlar Ukraynanı indi ukraynalıların müdafiə etdiyi kimi müdafiə etməyəcəklər”.
Belarus prezidenti həmçinin xatırladıb ki, NATO qüvvələri, o cümlədən ABŞ və Almaniya hərbçiləri hazırda Litvanın Pabrade poliqonunda cəmləşiblər. Onun fikrincə, hərbi əməliyyatlar başlasa, onlar Litvanı müdafiə etməyəcəklər.
Eyni zamanda Belarus prezidenti vurğulayıb ki, ölkəsi NATO ilə döyüşmək fikrində deyil.
“Bu bizə lazım deyil. Ancaq münaqişə başlasa, ciddi cavab verəcəyik”.
Qeyd edək ki, martın 26-da Lukaşenko Rusiyanı NATO-nun hücumuna hazırlaşmağa çağırıb.
Mina Mikayılova
















