• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Pərvin Abıyeva: “Kənan MM “Təhminə” filmini çəkə bilməz”

MƏDƏNİYYƏT

26 Mart 2024 | 18:31 | Müəllif: Subhan Mahmudov

Pərvin Abıyeva: “Kənan MM “Təhminə” filmini çəkə bilməz”

“Öz pikimi yaşamamışam, onu gözləyirəm. Pikim “Təhminə” obrazıdır. Özümü “Təhminə” obrazında görürəm. Onu qınamıram”.

Bakıvaxtı.az yazır ki, bu sözləri aktrisa Pərvin Abıyeva verilişlərin birində deyib.

Sənətçi Anar Ağakişiyevin: “Sən o filmi yenidən ərsəyə gətir, rejissor da olsun Kənan MM”, - ifadələrinə diqqətçəkən cavab verib:

“Məncə, Kənan MM “Təhminə” filmini çəkə bilməz. O filmin çox böyük məsuliyyəti, ağırlığı var. Əvvəlcə Anardan icazə alınmalıdır. Bir neçə il bundan öncə “Təhminə və Zaur” serialı çəkildi. O obraza məni dəvət etdilər, getmədim. Çünki yaxşı alınmayacağını bilirdim.

O filmi çəkmək mənim işim deyil. O qədər möhtəşəm bir film və əsərdir ki, onu çox yaxşı, güclü, bacarıqlı komanda, rejissor, prodüser ərsəyə gətirməlidir və məni də dəvət etməlidir. Mən o filmi çəkməkdən qorxaram. O obrazı o qədər sevirəm ki, rejissor kimi ağırlığını daşımaq istəmirəm”, - deyə Abıyeva bildirib./olay


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026