“Ana südü ilə uşağını qidalandıranlar balanslı şəkildə qidalanmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova nazirliyin canlı yayımında deyib.
Onun sözlərinə görə, ananın qida rejimini dəyişməsinə ehtiyac yoxdur.
A.Zeynalova bildirib ki, uşaqlar ana bətnində olarkən ananın qida rejiminə öyrəşirlər.
Həkim onu da deyib ki, tünd çay, qəhvə, qarına sancı verən sitrus meyvələrdən az istifadə edilməlidir:
"Süd verən ana ac deyilsə yemək yeməməli, su istəmirsə su içməməlidir".
Onun sözlərinə görə, ana südünün tərkibi yeyilən qidalardan yox, qadının fiziologiyasından asılıdır
Mina Mikayılova


jpg-1716376806.jpg)













