• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Qubada qəza olub - xəsarət alanlar var

HADİSƏ

06 Oktyabr 2023 | 18:43 | Müəllif: Subhan Mahmudov

Qubada qəza olub - xəsarət alanlar var

Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, "Opel" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə Quba-Xaçmaz yolunda uzun tıxac yaranıb. Qəza nəticəsində avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar FHN-nin əməkdaşları tərəfindən deformasiyaya uğrayan avtomobildən çıxarılıb. Yaralılar təcili tibbi yardım vasitəsilə Quba Mərkəzi Rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026