• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sabah hava yağmurlu olacaq

CƏMİYYƏT

15 May 2023 | 12:48

Sabah hava yağmurlu olacaq

Bakıda və Abşeron yarımadasında mayın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi axşam cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-12° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək.Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026