Şəhid Namiq Məmmədli Bərdədə dəfn olunub.
Bakıvaxtı.az xəbər verir ki, şəhid Namiq Məmmədli ilə doğulub böyüdüyü Təhlə Kəndində vida mərasimi keçirilib.
Mərasimdə icra başçısı və nümayəndələri, Hüquq Mühafizə orqanlarının nümayəndələri, şəhidin hərbçi dostları, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak edib.
Qeyd edək ki, Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 71 hərbçisi şəhid olub. /Trend
















