• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

TƏCİLİ: Erməni komandirlərin “yaxın günlərdə müharibə” tapşırığı…

DÜNYA

18 Fevral 2024 | 13:25 | Müəllif: Subhan Mahmudov

TƏCİLİ: Erməni komandirlərin “yaxın günlərdə müharibə” tapşırığı…

Ermənistan Müdafiə Nazirliyi ordunun komandir heyətinin əsgərlərə yaxın günlərdə müharibə olacağı və hazırlaşmaq lazım gəldiyi barədə tapşırıq vermələri ilə bağlı yayılan informasiyanı təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan MN-in məlumatında deyilir.

Bildirilib ki, mediada saytında yayılan xəbərdə “Çəmbərək hərbi hissəsində əvvəlcə mümkün müharibə elan edilib, sonra xəstələrə hərbi hissəni tərk etməyi qadağan ediblər” iddiası həqiqəti əks etdirmir.

“Müdafiə Nazirliyi bildirir ki, heç bir hərbi hissədə xəstəliyin yayılması halı qeydə alınmayıb”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, “Oragir.news” saytı öz mənbələrinə istinadla komandir heyətinin açıq şəkildə yaxın gələcəkdə müharibə gözlənildiyi və ordunun hazır olması ilə bağlı göstəriş verdiyini yazıb./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026