• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Tesla" sərnişinlərin təhlükəsizliyi üçün qapı tutacaqlarını yenidən dizayn edəcək

CƏMİYYƏT

19 Sentyabr 2025 | 09:12 | Müəllif: Əli Hüseynov

"Tesla" sərnişinlərin təhlükəsizliyi üçün qapı tutacaqlarını yenidən dizayn edəcək

“Tesla” sərnişinlərin qəzalar və yanğınlar zamanı avtomobildə sıxışması ilə bağlı şikayətlərdən sonra qapı tutacaqlarını yenidən dizayn etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ Milli Avtomobil Yol Təhlükəsizliyi İdarəsi (NHTSA) bu məsələ ilə bağlı araşdırmaya başlayıb.

“Bloomberg”in məlumatına görə, 140 nəfər bu problemlə üzləşib, onların bəziləri ağır xəsarət alıb, bəziləri isə həyatını itirib.

“Tesla”nın dizayn bölməsinin rəhbəri Frans von Holzhausen bildirib ki, yeni sistemdə elektron və mexaniki açma mexanizmləri bir düymədə birləşdiriləcək.

Hazırda bu dəyişikliklərin yalnız gələcək modellərə, yoxsa mövcud avtomobillərə də tətbiq ediləcəyi məlum deyil.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026