• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tokio-2020: Futbol yarışında finalçılar bəlli olub

İDMAN

03 Avqust 2021 | 17:38

Tokio-2020: Futbol yarışında finalçılar bəlli olub

Tokio-2020 Yay Olimpiya Oyunlarının futbol yarışında finalçılar müəyyənləşib.

Bakıvaxtı.az-ın məlumatına görə, ilk yarımfinal oyununda Braziliya və Meksika komandaları üz-üzə gəlib.

Əsas və əlavə vaxt qolsuz bərabərliklə bitib. Penaltilər seriyasında "sambaçılar" daha dəqiq oynayıb və rəqibini 4:1 hesabı ilə üstələyib.

Digər matçda isə Yaponiya seçməsi İspaniya ilə qarşılaşıb. Bu görüşdə də 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. 115-ci dəqiqədə Marko Asensio baxımlı qolla İspaniyaya qələbə qazandırıb - 1:0.

Beləliklə, Braziliya və İspaniya həlledici matça vəsiqə qazanıb. Final avqustun 7-də Bakı vaxtı ilə saat 15:15-də start götürəcək. Digər iki kollektiv isə bürünc medal uğrunda oyuna çıxacaq. Həmin qarşılaşma isə bir gün əvvəl Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026