• Bakı 25° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

XI Qlobal Bakı Forumu başa çatdı

CƏMİYYƏT

16 Mart 2024 | 17:55

XI Qlobal Bakı Forumu başa çatdı

Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, üç gün davam edən forum çərçivəsində bir sıra panel müzakirələri təşkil edilib.

    Panelin bugünkü sonuncu günündə “Regional perspektivlər: Avropa Birliyi və qonşuları”, “Qlobal çağırışlara davamlılığın artırılması: bərabərsizlik, resurs çatışmazlığı və miqrasiya ilə mübarizə”, “Süni intellekt, pilotsuz uçuş aparatları və kiber müharibə dövründə yeni təhlükəsizlik paradiqması”, “Gənclər danışır, biz dinləyirik” adlı müzakirələr baş tutub.

    Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumunda 400-ə yaxın dünyaca məşhur siyasi xadimlər, eləcə də keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Sentyabr 2026