• Bakı C

    7.11 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

13 il əvvəl itmişdi, tapıldı
DÜNYA
18 Dekabr 2025 | 08:59

13 il əvvəl itmişdi, tapıldı

13 il əvvəl itən və "Air India" şirkətinə aid olan "Boeing 737-200" sərnişin təyyarəsi tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Belə ki, təyyarə 2012-ci ildən bəri Kəlkətə hava limanında olub. Aviaşirkətin rəsmi qeydlərindən silindiyi üçün itən təyyarə  olduğunun fərqində olmayıblar.

Eyni zamanda aviaşirkət təyyarəni Kəlkətə hava limanında uzun müddət park etdiyinə görə böyük məbləğdə cərimələnib. Məhz bundan sonra məlum olub ki, bu həmin itən təyyarə imiş. 

Vəziyyət yalnız hava limanı rəhbərliyinin "Air India"dan təyyarəni park yerindən götürməsini tələb etməsindən sonra aydınlaşdırılıb. Şirkət yığılmış parklanma və texniki xidmət haqlarına görə 114 000 dollar məbləğində pul ödəyib.


SON XƏBƏRLƏR