• Bakı 26° C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

24 yaşını tamamlayan tələbələr əsgərliyə çağırılacaq? - Rəsmi AÇIQLAMA
CƏMİYYƏT
28 Iyul 2025 | 15:46

24 yaşını tamamlayan tələbələr əsgərliyə çağırılacaq? - Rəsmi AÇIQLAMA

Bu ilin əvvəli qüvvəyə minən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, təhsil alanın hərbi xidmətə çağırış üçün möhlət yaşı dəyişdirilib.

Belə ki, qanuna əsasən, bakalavrlar üçün 24 yaş, magistrlar üçün isə 26 yaş həddi müəyyən olunub. Yəni, əgər vətəndaşın 24 yaşı tamam olubsa, artıq ona təhsil üçün hərbi xidmətdən möhlət verilməyəcək.

Hazırda təhsilini davam etdirən və 24 yaşını tamamlayan tələbələrin hərbi xidmətə çağırılıb-çağırılmaması isə maraq doğurur.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.

Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda 29 dekabr 2024-cü il tarixdə təsdiqlənən dəyişiklikdən öncə təhsil alan çağırışçılara müvafiq dəyişikliklər əsasında müəyyənləşdirilmiş yaş məhdudiyyətləri tətbiq olunmur.

Onun sözlərinə görə, qanunda qeyd olunmuş yaş məhdudiyyətləri dəyişikliklərin təsdiq olunduğu tarixdən sonra ali təhsil müəssisələrinə daxil olan çağırışçılara şamil edilir.


SON XƏBƏRLƏR