• Bakı 27° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

ABŞ Ukraynadakı müharibəni maliyyələşdirməni dayandırmaq istəyir
DÜNYA
10 Avqust 2025 | 19:25

ABŞ Ukraynadakı müharibəni maliyyələşdirməni dayandırmaq istəyir

ABŞ prezidenti Donald Tramp ABŞ-nin Ukraynadakı münaqişəni maliyyələşdirməsini “dayandırmasını” istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News"a müsahibəsində bildirib.

"Prezident və mən - biz Ukraynadakı müharibəni maliyyələşdirməyi dayandırmaq istəyirik. Biz sülh yolu ilə nizamlanmaya nail olmaq istəyirik", - Vens deyib.

Siyasətçi qeyd edib ki, amerikalılar vergilərini Ukrayna münaqişəsinə xərcləməkdən yorulublar. "Lakin avropalılar Amerika silahlarını Ukraynaya ötürmək üçün almaq istəsələr, Vaşinqton buna etiraz etməyəcək", - deyə vitse-prezident əlavə edib.


SON XƏBƏRLƏR

12 Avqust 2025