• Bakı 28° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 20 nəfər xəsarət aldı - YENİLƏNİB
HADİSƏ
09 Iyul 2025 | 09:29

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 20 nəfər xəsarət aldı - YENİLƏNİB

Ağdam Füzuli avtomobil yolunda 20 nəfərin xəsarət almasıyla bağlı yaralılara tibbi yardım üçün Ağdam Təcili yardım stansiyasının 7 təcili yardım briqadası hadisə yerinə cəlb edilib.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, baş verən qəza zamanı yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına və Bərdə Diaqnostika Mərkəzinə çatdırılması üçün hazırda həkim briqadalar çalışır.

***

08:59

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.


SON XƏBƏRLƏR