• Bakı 23° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Nazir: Türkiyə bu il Türk dövlətlərindən 1 milyondan çox turist qəbul edib
DÜNYA
09 Iyul 2025 | 16:36

Nazir: Türkiyə bu il Türk dövlətlərindən 1 milyondan çox turist qəbul edib

Türkiyə təkcə 2025-ci ilin ilk beş ayında Türk dövlətlərindən 1 milyondan çox turist qəbul edib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bunu Ankarada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin mədəniyyət-turizm nazirlərinin, həmçinin müvafiq nümayəndə heyətlərinin 10-cü toplantısında çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

Ortaq dil, tarix, mədəniyyət və sivilizasiya anlayışı ətrafında formalaşan Türk dünyasının həm regional, həm də qlobal miqyasda getdikcə daha görünən, təsirli və inteqrasiyalı olduğunu vurğulayan nazir TDT-nin təklif etdiyi əməkdaşlıq imkanlarının hər keçən gün daha konkret nəticələr verdiyini qeyd edib.

“Türkiyəyə göstərdiyi sıx marağa görə bütün qardaş xalqlarımıza və dəyərli həmkarlarıma ürəkdən təşəkkür edirəm”, - o vurğulayıb.

Nazir əlavə edib ki, Türkiyə turizm sahəsində yüksələn performansa sahibdir və keçən il 56,7 milyon turist qəbul edib:

"Dünya Turizm Təşkilatının dərc etdiyi 2025-ci ilin May Dünya Turizm Barometrinə görə, Türkiyə 56,7 milyon xarici ziyarətçi ilə 2024-cü ildə dünyanın ən çox turist qəbul edən 4-cü ölkəsi olub".


SON XƏBƏRLƏR