• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

Ağdərədəki yanğın tamamilə söndürülüb - YENİLƏNİB
HADİSƏ
12 Avqust 2025 | 19:21

Ağdərədəki yanğın tamamilə söndürülüb - YENİLƏNİB

Ağdərə rayonu Ortakənd kəndi ərazisində baş verən yanğın tamamilə söndürülüb.

Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə, kənd ərazisindəki yanğın bu gün günorta saatlarında qeydə alınıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadalarının əməkdaşları cəlb edilib. Yanğının qarşısı tam alınıb.

 

***13:46

Ağdərə rayonunda növbəti dəfə yanğın müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Ortakənd kəndi ərazisində baş verən yanğın quru ot və kolluq ərazidə başlayıb.

Havanın küləkli olması səbəbilə alov genişlənərək dağlıq ərazidə yerləşən meşə sahəsinə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Tərtər və Naftalan rayonlarının yanğınsöndürmə briqadaları, həmçinin helikopter cəlb edilib.


SON XƏBƏRLƏR