Arktikada hava temperaturu 1900-cü ildən bəri bütün müşahidələr tarixində 2024-cü ilin oktyabrı ilə 2025-ci ilin sentyabrı arasında rekord həddə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) hesabatında bildirilir.
Alimlər hava və suyun temperaturunun yüksəlməsinin buzlaqların intensiv əriməsinə səbəb olduğunu və bunun Arktika landşaftında ciddi dəyişikliklərə səbəb olduğunu müəyyən ediblər. Dəniz səviyyəsinin yüksəlməsi sürüşmə və sunami risklərinə səbəb olur.
Bundan əlavə, buzlaqlardan ayrılan dəmir və digər elementlər Arktika sularını çirkləndirir. Bu baxımdan, Çukçi və Berinq dənizlərindəki bəzi fauna növləri təhlükə altında düşə bilər.
NOAA-nın hesabatında həmçinin qeyd olunur ki, son onillik Arktika üçün elmi müşahidələr tarixində ən isti onillik olub.
Aynur Babazadə
Bakı 












