• Bakı 23° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

AYNA bugünkü qəza ilə bağlı məlumat yaydı
HADİSƏ
09 Iyul 2025 | 15:26

AYNA bugünkü qəza ilə bağlı məlumat yaydı

AYNA bu gün Ağdam-Füzuli yolunda mikroavtobusun aşması və sərnişinlərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Bakıvaxtı.az məlumatı təqdim edir:

“İyulun 9-da Ağdam-Füzuli yolunda mikroavtobusun aşması və sərnişinlərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı təəssüflənirik. Baş vermiş hadisə ilə bağlı bildiririk ki, qəza törədən mikroavtobus müntəzəm sərnişindaşıma və buraxılış kartı əldə etmədən qeyri-qanuni sərnişindaşıma ilə məşğul olur.

Qeyd edək ki, avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm və müntəzəm sərnişin daşımaları “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları” ilə tənzimlənir. Avtomobil nəqliyyatı ilə sifarişli daşımaları zamanı sürücüdə daşınmanın sifarişçisi və daşıyıcı tərəfindən təsdiq edilmiş formulyar olmalıdır. Formulyar elektron qaydada “AYNA” informasiya sisteminin elektron formulyar altsistemi üzərindən yaradılır. Qeyri-müntəzəm sərnişin daşımalarının formulyar doldurulmadan həyata keçirilməsi məsuliyyətə səbəb olur. Müvafiq icazə aldıqdan sonra sərnişindaşıma ilə məşğul olan sürücü reysqabağı tibbi, nəqliyyat vasitəsi isə texniki müayinədən keçməlidir.

Sərnişinləri yalnız rəsmi qaydada fəaliyyət göstərən daşıyıcıların xidmətlərindən istifadə etməyə çağırırıq”, - məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR