Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 14,2 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın may buraxılışında bildirilir.
Bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 1,8 milyon ABŞ dolları və ya 14,5 % çoxdur.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.
Bizim WhatsApp kanalımıza abunə olun